Minlərlə ukraynalı Rusiya ilə danışıqlara görə Maydana çıxdı

Dünya 09-dek, 05:479 142 0
Minlərlə ukraynalı Rusiya ilə danışıqlara görə Maydana çıxdı

Ukrayna müxalifəti “Normand formatı”nda görüşdən əvvəl Kiyevin mərkəzində Prezident Vladimir Zelenski üçün “Qırmızı xətlər” adlı aksiya keçirir.

uguryolu.az Ukrayna mətbuatına istinadən bildirir ki, Maydanda təşkil olunan mitinqə təxminən 15 min nəfər çıxıb.

Ukrayna müxalifəti Putinlə danışıqlarda güzəşti yolverilməz hesab edir. Elə aksiyanın əsas məqsədi də Ukrayna Prezidenti Vladimir Zelenskiyə keçilməz qırmızı xətləri göstərməkdir.

Son məlumata görə, hazırda Kiyevdə insanlar Bankovaya küçəsindəki Prezident Aparatının qarşısına toplaşırlar. Fəallar artıq bir neçə çadır qurublar və gecəni orada qalmaq istəyirlər.

O da bildirilir ki, polis prosesə müdaxilə etmir.


Minlərlə ukraynalı Rusiya ilə danışıqlara görə Maydana çıxdı
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr