Tanınmış vokal ifaçısının adından dələduzluq edilir
Tanınmış vokal ifaçısı Ülvi Qılıncın adından dələduzluq edilir. DİA.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib.
Ülvi Qılınc baş verənlərin qarşısını almaq üçün sosial səhifə hesabında dostlarına çağırış edib:
"Məni izləyən dəyərli insanlar, mənim adımdan istifadə edərək votsapdan, fərqli instaqram hesablarından borc pul ustəyirlər. O mən deyiləm, inanmayın”.