Stoltenberq: “NATO Ukraynada sülhməramlı missiya yerləşdirməyi planlaşdırmır”

Aktual 16-mar, 22:079 321 0
Stoltenberq: “NATO Ukraynada sülhməramlı missiya yerləşdirməyi planlaşdırmır”
NATO-nun müdafiə nazirləri alyansın Rusiya Federasiyasından müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayırlar.

Bunu hərbi ittifaqın baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin görüşündən sonra bildirib.

O vurğulayıb ki, sözügedən planlar quruda, səmada, dənizdə və kiberməkanda NATO ölkələrinin müdafiəsini nəzərdə tutur.

“NATO kollektiv çəkindirmə tədbirlərini nəzərdən keçirməli, alyansın şərq hissəsində qüvvələri artırmalıdır. İttifaq ölkələri yekdilliklə hesab edirlər ki, alyans Ukraynada qüvvələr yerləşdirməməlidir. NATO Ukraynada sülhməramlı missiya yerləşdirməyi planlaşdırmır”, - deyə o bəyan edib.

Stoltenberq qeyd edib ki, gələn həftə NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək. Həmçinin, NATO ölkələri Ukraynaya hərbi və maliyyə yardımını davam etdirəcək.

Mənbə: TASS
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr