Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Aktual 13-sen, 19:179 61 0
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: "Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.

Allah rəhmət eləsin".
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr