Prezidentə, dövlətinə, xalqına sədaqət andı - “Best Energy Group MMC” şirkətinin təsisçisi və direktoru Sahib Süleymanov

Aktual / Sosial 21-iyl, 19:039 160 0
Prezidentə, dövlətinə, xalqına sədaqət andı - “Best Energy Group MMC” şirkətinin təsisçisi və direktoru Sahib Süleymanov
Müasir Azərbaycanın iqtisadi inkişafında özəl sektorun rolu gündən-günə artır. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi nəticəsində yeni müəssisələr yaradılır, iqtisadiyyatın müxtəlif sahələrində mühüm uğurlar əldə olunur. Bu inkişaf prosesində fəaliyyətini peşəkarlıq, məsuliyyət və sosial dəyərlər üzərində quran iş adamları cəmiyyətin rəğbətini qazanırlar. Belə sahibkarlardan biri də “Best Energy Group MMC” şirkətinin təsisçisi və direktoru Sahib Süleymanovdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını və milli biznes mühitinin formalaşdırılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu sayəsində Azərbaycanda güclü özəl sektorun formalaşması üçün etibarlı zəmin yaradıldı.
Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyi, qeyri-neft sektorunun inkişafına verilən önəm və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu siyasət ölkəmizdə fəaliyyət göstərən şirkətlərin daha da güclənməsinə və yeni uğurlar qazanmasına geniş imkanlar yaradır.
Belə bir inkişaf mühitində fəaliyyət göstərən “Best Energy Group MMC” öz sahəsində etibarlı və peşəkar şirkətlərdən biri kimi tanınır. Şirkətin təsisçisi və direktoru Sahib Süleymanov yüksək təşkilatçılıq bacarığı, zəngin idarəçilik təcrübəsi və gələcəyə hesablanmış strateji yanaşması ilə rəhbərlik etdiyi kollektivin uğurlarına mühüm töhfə verir. Onun rəhbərliyi altında həyata keçirilən layihələr keyfiyyət, etibarlılıq və peşəkarlıq prinsiplərinə əsaslanır.
Sahib Süleymanov hesab edir ki, uğurlu sahibkarlığın əsas göstəricisi yalnız iqtisadi nəticələr deyil, həm də cəmiyyət qarşısında daşıdığı sosial məsuliyyətdir. Bu səbəbdən o, fəaliyyətində humanizm, vətəndaş məsuliyyəti və milli dəyərlərə sadiqlik prinsiplərinə xüsusi önəm verir. Onun fikrincə, əldə olunan uğurlar insanlara fayda verməklə daha böyük məna kəsb edir.
Sahib Süleymanovun xeyriyyəçilik fəaliyyəti də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O, hər zaman şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin və aztəminatlı ailələrin yanında olmağa çalışır. Müxtəlif sosial layihələrə dəstək göstərməsi, ehtiyac sahibi ailələrin problemlərinin həllinə kömək etməsi, xeyriyyə aksiyalarında yaxından iştirak etməsi onun humanist xarakterinin bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu, dövlətimizin ərazi bütövlüyü tam təmin edildi. Bu müqəddəs yolda canlarını fəda edən şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə diqqət və qayğı hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Sahib Süleymanov da bu ali dəyərləri rəhbər tutaraq şəhid ailələrinə və qazilərə göstərilən dəstəyi fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir.
Onun təşəbbüsü ilə həyata keçirilən sosial layihələr cəmiyyətin müxtəlif təbəqələrinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Xüsusilə aztəminatlı ailələrin sosial problemlərinin həllinə göstərilən dəstək, bayram günlərində təşkil olunan yardım aksiyaları və müxtəlif humanitar tədbirlər Sahib Süleymanovun xeyriyyəçilik missiyasının ayrılmaz hissəsinə çevrilmişdir.
“Best Energy Group MMC” fəaliyyətində müasir texnologiyaların tətbiqinə, peşəkar kadr potensialının formalaşdırılmasına və yüksək keyfiyyət standartlarının qorunmasına xüsusi diqqət yetirir. Şirkətdə sağlam əmək mühiti yaradılıb, əməkdaşların peşəkar inkişafı üçün zəruri şərait təmin edilir. Sahib Süleymanov hesab edir ki, hər bir uğurun əsasında güclü komanda, qarşılıqlı hörmət və məsuliyyət dayanır.
Onun rəhbərlik prinsiplərinin əsasını şəffaflıq, dürüstlük, operativlik və vətəndaş məmnuniyyəti təşkil edir. Məhz bu yanaşma şirkətin nüfuzunun artmasına və tərəfdaşları tərəfindən etibarlı biznes qurumu kimi tanınmasına şərait yaradır.
Sahib Süleymanov həm də dövlətçilik dəyərlərinə sadiq, milli maraqları hər zaman üstün tutan iş adamıdır. O hesab edir ki, ölkənin inkişafı naminə çalışan hər bir sahibkar öz fəaliyyətini dövlət siyasətinə, qanunvericiliyə və milli maraqlara uyğun qurmalıdır. Bu yanaşma həm biznesin davamlı inkişafına, həm də cəmiyyətin rifahına xidmət edir.
Bu gün Azərbaycan mediası da dövlətimizin inkişafında, milli maraqların qorunmasında, cəmiyyətin obyektiv məlumatlandırılmasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. 150 illik zəngin tarixə malik milli mətbuatımız öz peşəkarlığı, operativliyi və vətənpərvər mövqeyi ilə ölkəmizin informasiya məkanında mühüm missiya yerinə yetirir.
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Best Energy Group MMC” şirkətinin təsisçisi və direktoru Sahib Süleymanov bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan əməkdaşları səmimi-qəlbdən təbrik edir. O bildirir ki, Azərbaycan mətbuatı milli maraqların müdafiəsində, dövlətçilik ideyalarının təbliğində və cəmiyyətin maarifləndirilməsində əvəzsiz xidmət göstərir.
Sahib Süleymanov bütün mətbuat nümayəndələrinə möhkəm cansağlığı, xoşbəxt ailə həyatı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni-yeni uğurlar və daim həqiqətin, obyektivliyin və milli maraqların keşiyində dayanmağı arzulayır. O əmin olduğunu bildirir ki, Azərbaycan milli mətbuatı bundan sonra da ölkəmizin inkişafına, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə və cəmiyyətimizin tərəqqisinə öz dəyərli töhfələrini verməyə davam edəcəkdir.
PS. Sahib Süleymanov fəaliyyəti ilə yanaşı, yüksək vətənpərvərlik mövqeyi və dövlətçilik prinsiplərinə sadiqliyi ilə də seçilən ziyalılardandır. O, hər zaman Prezidentini, dövlətini və xalqını sevən, milli maraqları hər şeydən üstün tutan bir vətəndaş kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları, dövlət quruculuğu siyasətini və milli inkişaf strategiyasını daim dəstəkləyən Sahib müəllim hesab edir ki, hər bir vətəndaş öz fəaliyyəti ilə dövlətin güclənməsinə, cəmiyyətin rifahına və milli birliyin möhkəmlənməsinə töhfə verməlidir. Onun həm sahibkarlıq fəaliyyəti, həm də xeyriyyəçilik təşəbbüsləri bu prinsiplərin praktik təzahürü kimi qiymətləndirilir və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

Emil İsgəndərli
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr