
Kanadalı bloqer Kodi Bondarçak etiraf edib ki, “McDonaldʼs”da işlədiyi zaman müştərilərə pulsuz əlavə naggets qoyub.
uguryolu.az xəbər verir ki, “Meduza” bildirdiyinə görə, bunu bloqer öz “Twitter” səhifəsində açıqlayıb.
Bondarçakın yazısı 800 mindən artıq “like” toplayıb: istifadəcilər bloggerə qayğıya görə minnətdarlıqlarını bildiriblər. Nəticədə, o, zarafatca özünü “Naggetslər Robin Qudu” adlandırıb.
“Qəhrəman”ın etirafına görə, işlədiyi zaman “McDonaldʼs”a ümumilikdə 1600 dollara qədər ziyan vurub.(oxu.az)