
Qaxda iki nəfəri it dişləyib.
"Qafqazinfo”nun məlumatına görə, bu gün Qax rayon Mərkəzi Xəstəxanasına iki nəfər - rayonun Qaşqaçay kənd sakini, 2010-cu il təvəllüdlü Rahib Fuad oğlu Qurbanov baş və alın nahiyəsinin, Ağyazı kənd sakini, 2000-ci il təvəllüdlü Məhəmməd Eyvaz oğlu Əllazov sağ ayağının it dişləməsi xəsarəti ilə daxil olublar.
Xəstəxanada hər iki şəxsə quduzluğa qarşı peyvənd vurulub və ambulator müayinə üçün evə buraxılıblar.
uguryolu.az