
Bakıda apteklərdə tibbi maskaların olub-olmaması ilə bağlı reyd keçirilib.
uguryolu.az-nun verdiyi məlumata görə, Real TV-nin əməkdaşı paytaxtda bir neçə aptekə baş çəkərək dövlət rəsmilərinin ölkəyə 500 min tibbi maska gətirilərək apteklərə paylandığını xatırladaraq satışda maska olub-olmadığını soruşur.
Onların əksəriyyətində tibbi maska olmadığı bildirilib. Əczaçılar depodan onlara gündəlik limitlə, 50 ədəd maska verildiyini bildiriblər və əlavə edilib ki, tələbat çox olduğu üçün maskalar tez satılıb bitir.