
Bələdiyyələrin fəaliyyəti ilə bağlı 24 inzibati araşdırmada cinayət əlamətləri aşkar edilib.
uguryolu.az qafqazinfo-ya istinadən məlumat verir ki, bu barədə bələdiyyələrin ötənilki fəaliyyətinə dair hesabat məruzəsində qeyd olunub. Bildirilir ki, bu materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Həmin materiallardan 17-si üzrə cinayət işi başlayıb. 1 material üzrə cinayət işi rədd edilib. Digər materiallarla bağlı işlərə isə baxılmaqdadır.