
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Nahid Bağırov 5 mart 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.(apa.az)
uguryolu.az