
Paytaxtda bank kartından oğurluq edlib.
uguryolu.az-nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində yerləşən bankomatların birindən şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə çıxarılaraq oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.