
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.
uguryolu.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.
Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.