
“Müəllimlərin sertifikasiya imtahanlarının ilkin mərhələsinin bu təqvim ilinin sonuna kimi keçirilməsi planlaşdırılıb”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
O bildirib ki, bu mərhələdə iştirak edən və nəticə göstərən müəllimlərin də iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsinə baxıla bilər:
“İkili ixtisas sahibləri də bu mərhələdə iştirak edərək ixtisas üzrə topladıqları nəticə uyğun olaraq ixtisasına görə dərs yükü ilə təmin oluna bilərlər”.
uguryolu.az