
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib.
AFFA-dan verilən məlumata görə, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
uguryolu.az