
Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən 9 yaşlı R.Həsənov və onun 7 yaşlı qardaşı vurulub.
uguryolu.az DİN-ə istinadən xəbər verir ki, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub. Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, Rüstəm orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.