
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xalq artisti Amaliya Pənahovanın abidəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi isə "Ferro-20" MMC olub və şirkətə 45,3 min manat ödənilməyə qərar verilib.
Qeyd edək ki, xalq artisti 73 yaşında, 2018-ci ilin 8 noyabrında xərçəng xəstəliyindən dünyasını dəyişib.
uguryolu.az