DataLife Engine / 713-Ə VERİLƏN ƏMR: " HƏDƏF HOÇAZ DAĞIDIR!"

713-Ə VERİLƏN ƏMR: " HƏDƏF HOÇAZ DAĞIDIR!"

FÜZULİ ALMƏMMƏDOVUN DÖYÜŞ XATİRƏLƏRİNDƏN




....Pircahanda HOÇAZ əməliyyatı üçün əmr almış 713-cü hərbi hissə sıra düzülüşündən sonra hər bir əsgər üçün nəzərdə tutulmuş hərbi ehtiyatını götürərək 1992-ci il 17 sentyabrda Hoçaz dağına doğru hərəkətə başladı..
Gecənin qaranlığı, yolların çətin cığırlardan keçməsi hərəkəti olduqca çətinləşdirmişdi. Birinci rota başqa istiqamətlə getdiyi uçun bizdən aralanmısdılar. İkinci və üçüncü rota hərbi hissəmizin komandiri mayor SÜLEYMAN ƏHMƏDOV və hərbi hissəmizin qərargah rəisinin müavini MEHDİ RÜSTƏMOVUN komandanlığı ilə Misni kəndi istiqamətində hərəkət edirdi. Sərt enişi düşəndən sonra Mişni cayına çatmalıydıq. Götürdüyümüz azuqə və silah-sursatın ağırlığl bizi taqətdən salmışdı. Sakitliyi nə qədər qorusaq da mümkün olmurdu. Musanın tabeliyində olan rusdillilərin səs-küyü dayanmırdı.
Birdən mərmi səsi gecənin sükutunu pozdu. Mərmi səsindən sonra "vaay, öldüm!" qışqırtısı hamıda "yəqin pusquya düşdük" təsəvvürü yaratdı.
Bələdçimiz rəhmətlik Bəhlul kişi idi. Artıq cayın qırağında idik. Qərargah rəisinin müavini Mehdi Rüstəmov hamını sakitliyə səslədi.
Sən demə atəş ehtiyatsızlıqdan qumbaraatan döyüşçünün yıxılmasından baş verib. Atəş açılanda qumbaraatanın arxasında dayanmış əsgərin gözlərini tamam toz- torpaqla doldurmuşdu.
İki nəfər əsgəri arxaya göndərib yenidən Mişniyə tərəf hərəkət etdk...
19-09-2020, 01:44
Вернуться назад