DataLife Engine / Baş nazir və prezident üz-üzə - ERMƏNİSTANDA BÖHRAN

Baş nazir və prezident üz-üzə - ERMƏNİSTANDA BÖHRAN

Baş nazir və prezident üz-üzə - ERMƏNİSTANDA BÖHRAN
“Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyan əleyhinə tezisləri gündəmə gətirməsi, ona qarşı müxalifətlə birləşməsi hələ uzun müddət bu ölkənin ağır məğlubiyyət sindiromundan qurtulmayacağını göstərir”.

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsadullazadə Ermənistan Prezidenti A.Sərkisyanın Qarabağdakı məğlubiyyətə görə N.Paşinyanı günahlandırması və onu istefaya çağırması ilə bağlı danışarkən deyib. O bildirib ki, məğlubiyyət erməniləri içində parçalanmaya, siyasi düşmənçiliyə və dövlətçiliyinin zəifləməsinə gətirib çıxardı:

“Birinci Qarabağ müharibəsi erməniləri birləşdirmişdi. İkinci Qarbağ müharibəsi erməniləri dərin bir tramvaya salaraq, bir-birlərinə düşmən etdi. Ermənisandaki vəziyyəti Armen Sarksiyan kimi dəqiq göstərən yoxdur. Bu ölkə o qədər uçurumun astanasındadır ki, bir cəmiyyət olaraq dağılmaq sürəcinə girib. Əslində ermənilərin bu məğlubiyyəti özlərinin işğalçı və faşizm idelogiyasından irəli gəlir. Onlar bu məğlubiyətdən dərs çıxarsa, normal qonşuluq münasibətlərinə gələrsə, bu ölkə dirçələr. Biz isə əksini görürük. Elə Armen Sarkisyanın bu çıxışı erməniləri yeni faciəyəyə aparır”.

Politoloqun sözlərinə görə, A.Sərkisyan Baş nazirin Azərbaycanla normal münasibətlər qurmaq siyasətinə qarşı gəlib:

“Bu gün Paşinyan açıq etiraf edir ki, sərhədlərin dəqiqləşməsi normal olmalı, ermənilər öz sərhədlərinə çəkilməli və status məsləsini kənara qoymalıdır. Amma 30 il ərzində cinayətkar Rober Koçaryan və Serj Sarksiyan erməniləri Azərbaycana qarşı düşmənçilik ruhunda idarə ediblər. Bu gün Armen Sarksiyan Robert Koçaryanın kadırıdır. O ağıllı adam olarsa, N.Paşinyanın isrefasını deyil, ona dəstək verib Azərbaycanla sülh müqaviləsinə apara bilər”.

4-01-2021, 12:29
Вернуться назад