DataLife Engine / Bakı metrosunda gediş haqqının 40 qəpik olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda gediş haqqının 40 qəpik olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda gediş haqqının 40 qəpik olması ilə bağlı RƏSMİ AÇIQLAMA
Yanvarın 4-də Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün səsləndirilən iddialardan biri də metroda gediş haqqının 40 qəpiyə kimi qaldırılmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, tərəfimizdən hələki, bununla bağlı hər hansı müraciət olunmayıb:

"Hər hansı qiymət artımının olması və qiymətləndirilmənin aparılması hələ tezdir. 2021-ci ilin ilk iş günüdür. Hələlik "Bakı Metropoliteni" QSC tərəfindən Tarif Şurasına heç bir müraciət olunmayıb".

5-01-2021, 16:23
Вернуться назад