
"Beşiktaş"ın və Türkiyə millisinin üzvü Oğuzhan Özyakup evlənir.
Fanat.Az xəbər verir ki, bir neçə ay əvvəl aktrisa sevgilisi Melisa Asl? Pamuka evlilik təklifi edən futbolçu münasibətlərini rəsmiləşdirmək qərarınai gəlib.
Artıq cütlük toy hazırlıqlarını başlayıb. Toy hər ikisinin doğulub böyüdüyü Niderlandda baş tutacaq.
Dəqiq tarix müəyyənləşməsə də, mərasimin yayda baş tutacağı gözlənilir. Oğuzhan Özyakup və Melisa Asl? Pamuk həmin vaxta qədər pandemiyanın zəifləyəcəyinə ümid edir.
Qeyd edək ki, 28 yaşlı Oğuzhan Özyakup Niderlandın Zaandam şəhərində doğulub. Futbolun sirrlərini "Alkmaar"da öyrənən yarımmüdafiəçi 2008-ci ildə "Arsenal"a keçib və 2012-ci ilədək London klubunun U-21 komandasında çıxış edib. 2012-ci ildə 500 min avroya "Beşiktaş"a transfer olunan futbolçu cari mövsümdə oynadığı cari mövsümdə oynadığı 13 matçda 2 qol vurub və 3 məhsuldar ötürəm edib. 2013-cü ildən Türkiyə millisinə çağırılan Oğuzhan Özyakup 43 oyunda 1 qol vurub.
Futbolçudan bir yaş böyük olan Melisa Asl? Pamuk Niderlandın Haarlem şəhərində dünyaya gəlib. O, Türkiyədə "Yer Gök Aşk", "Kurt Seyit ve Şura", "Her Sevda Bir Veda", "Ulan İstanbul", "Kara Sevda", "Çarpışma" və "Yeni Hayat" seriallarına çəkilib.