
Vətən müharibəsində iştirak edən İmişli rayonu Əliqulular kənd sakini, 2000-ci il təvəllüdlü əsgər İsmayılov Rəcəb Nəcəf oğlundan ailəsi uzun zaman idi ki xəbər ala bilmirdi. Şəhidimizin nəşi ailəsinə təhvil verildikdən sonra doğulduğu Əliqulular kəndində torpağa tapşırılıb.
Sonxeber.az xəbər verir ki, Rəcəb, oktyabrın 30-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qəhrəmanımız ölümündən sonra "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun.
