DataLife Engine / Azərbaycandan Avropa Məhkəməsinə neçə şikayət gedib? - İllər üzrə STATİSTİKA

Azərbaycandan Avropa Məhkəməsinə neçə şikayət gedib? - İllər üzrə STATİSTİKA

Azərbaycandan Avropa Məhkəməsinə neçə şikayət gedib? - İllər üzrə STATİSTİKA

Hüquqşünas Xalid Ağaliyev Azərbaycandan hər il üzrə Avropa İnsan Haqqları Məhkəməsinə göndərilən şikayətlərin sayını açıqlayıb.

Cebhe.info xəbər verir ki, hüquqşünasın hesablamalarına görə, Azərbaycanın AİHM yurisdiksiyasını qəbul etdiyi 2002-ci ildə ölkədən bu məhkəməyə 265 şikayət göndərilib.

Şikayətlərin sayı 2003-cü ildə 266, 2004-cü ildə isə 225 olub:

“2005-ci ildə AİHM-ə göndərilən şikayətlərin sayı 172 olub. Onlardan baxılmasını gözləyən 120 şikayət siyahıdan xaric olunub”.

Xalid Ağaliyev bildirib ki, 2006-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayında nəzərəçarpan artım müşahidə olunub. Nəticədə həmin il quruma göndərilən şikayətlərin sayı 445-dən çox olub:

“Həmin il şikayətlərin 57-si qəbul edilməz sayılıb və ya başqa əsasla baxılacaq işlərin siyahısından xaric edilib. 2006-cı ilin sonunda Avropa İnsan Haqqları Məhkəməsində Azərbaycandan göndərilən ümumilikdə 1480 şikayət baxılmasını gözləyirdi”.

Hüquqşünas 2007-ci ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayının 708 olduğunu söyləyib:

“2007-ci ilin sonunda baxılmasını gözləyən şikayətlərin ümumi sayı 979 idi. 2008-ci ildə isə şikayətlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə olunub. Cəmi 334 şikayət. Ancaq baxılmasını gözləyən şikayətlərin sayında isə artım müşahidə olunur - 1051 şikayət”.

Statistikaya əsasən, 2009-cu ildə Azərbaycandan bu məhkəməyə göndərilən şikayətlər 361, baxılmasını gözləyən işlərin ümumi sayı isə 1104 olub. Xalid Ağaliyev qeyd edib ki, 2010, 2011, 2012, 2013-cü illərdə müvafiq olaraq Azərbaycandan məhkəməyə 334, 532, 342, 325 şikayət göndərilib:

“2013-cü ilin sonunda baxılmasını gözləyən ümumi şikayətlərin sayı isə 1293-ə çatıb. 2014-cü ildə göndərilən 403, 2015-ci ildə 268 şikayət göndərilib”.

Onun hesablamalarına əsasən, 2015-ci ildə Azərbaycan baxılmasını gözləyən şikayətlərin sayı üzrə AİHM məkanına daxil olan ölkələrin önünə çıxır:

“Həmin ilin sonunda Azərbaycandan göndərilən 1522 şikayət baxılmasını gözləyirdi ki, bununla da Azərbaycan 48 ölkə arasında ilk onluqda idi. 2016-cı ildə Azərbaycandan göndərilmiş baxılmasını gözləyən şikayətlərin sayı bir qədər də artıb - 1662 şikayət”. Hüquqşünas qeyd edib ki, Azərbaycandan AİHM-ə 2017-ci ildə 679-dan çox, 2018-ci ildə 313 şikayət göndərilib, 2019-cu ildə isə bu rəqəm 397 olub: “2019-cu ilin sonunda baxılmasını gözləyən şikayətlərin sayına görə, Azərbaycan 1950 şikayətlə Avropa Şurası ölkələri arasında 6-cı olub. 2020-ci ildə isə Azərbaycandan quruma 525 şikayət göndərilib. Hazırda Avropa İnsan Haqqları Məhkəməsində Azərbaycandan göndərilmiş 2100 şikayət baxılmasını gözləyir”.
28-07-2021, 18:01
Вернуться назад