Üç aydan çoxdur qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadənin son vəziyyəti açıqlanıb. DİA.AZ-ın məlumatına görə, teatrın direktor müavini İlham Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, aktrisa Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe xəstəxanasında lazımi müayinədən keçib:
“Mələk xanıma xəstəliyi remissiyaya salmaq üçün müalicə sxemi təyin edilib”.
O, aktrisanın özünü yaxşı hiss etdiyini qeyd edib: “Mələk Abbaszadə fevralın sonu-martın əvvəlində səhnəyə dönməyi planlaşdırır”.