DataLife Engine / Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır

Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır

Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır

Son illərdə əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Azərbaycanın strateji valyuta ehtiyatları respublikada makroiqtisadi sabitliyin qorunması, fiskal dayanıqlığın, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və ümummilli layihələrin maliyyələşdirilməsində ciddi rol oynamaqla yanaşı, ölkənin iqtisadi cəhətdən qüdrətlənməsində və etibarlı tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır. Ölkəmizin valyuta ehtiyatlarının 2,5 milyard dollar artması nəticəsində iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. İqtisadi imkanların artması isə ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda investisiya proqramlarının tam icra olunmasına zəmin yaradıb. İşğaldan azad olunmuş ərazilərdə ötən dövr ərzində infrastruktur layihələri icra edilib və edilməkdədir, bu torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb, kiçik fermer təsərrüfatlarına kömək göstərilir. Azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə gedir, burada hərbi xidmət üçün lazımi şərait yaradılır, elektrik təsərrüfatının qurulması prosesi davam edir, şəhərlərarası yolların inşası və tarixi abidələrin bərpası da sürətlə aparılır. Böyük qayıdış üçün kifayət qədər əhəmiyyətli işlərin görülməsinin şahidiyik. Ölkəmizdə qeyri-neft ixracı 40 faizdən çox artıb ki, bu da böyük nailiyyətdir. Qeyri-neft ixracının artması imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına deyil, eyni zamanda, digər məhsullar sayəsində ölkəyə cəlb etsin.

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Həyata keçirilən sosial paketlərin ümumi dəyəri 1,5 milyard manat təşkil edir və əhatə dairəsi 2 milyon insandan çoxdur. Maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. Dövlətimizin başçısı son müsahibəsində əhalinin ərzaq məhsulları ilə təminatı məsələsinə də toxunaraq bu istiqamətdə davamlı olaraq praktiki addımların atıldığını qeyd etdi. Dövlət tərəfindən fermer təsərrüfatlarına subsidiyaların verilməsi, eyni zamanda, müxtəlif köməyin göstərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük stimul yaradır. Azad edilmiş torpaqlarda da uyğun ərazilərdə artıq əkin işlərinin həyata keçirməsinə başlanılması ölkəmizin ərzaq məhsulları ilə təminatına əlavə töhfə verəcək.

Dövlətimizin başçısının “Şuşa İli”ndə ilk müsahibəsi xalqımızı görülən işlər və ümumi mənzərə ilə bağlı məlumatlandırmaqla yanaşı düşmənə bir daha açıq mesajın ötürülməsini də ehtiva edirdi. Birincisi, görülən işlərin və yüksək göstəricilərin əldə olunması düşmənə göz dağıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hər sahədə inkişaf edir. Digər məsələ isə ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandan revanşist qüvvələrin hər zaman layiqli cavab alacaqlarını, ölkəmizdə hərbi quruculuq işlərinin davam etdirildiyini qətiyyətlə vurğuladı.

Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
11-02-2022, 18:02
Вернуться назад