Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home3/tamella22/public_html/engine/classes/templates.class.php on line 205  Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home3/tamella22/public_html/engine/modules/sitelogin.php on line 105 DataLife Engine > Версия для печати > Ukrayna Silahlı Qüvvələri Kiyevdə yerləşdirilir
DataLife Engine / Ukrayna Silahlı Qüvvələri Kiyevdə yerləşdirilir

Ukrayna Silahlı Qüvvələri Kiyevdə yerləşdirilir

Ukrayna Silahlı Qüvvələri Kiyevdə yerləşdirilir
Cümə günü, fevralın 25-də Ukrayna Silahlı Qüvvələri paytaxt Kiyevə daxil olub.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko “Facebook”da məlumat verib:

“İndi Ukrayna hərbi texnikası şəhərin müdafiəsi üçün Kiyev şəhərinə daxil olur”.

Denisenko həmçinin, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkətini lentə almamağı və ya dərc etməməyi xahiş edib.

Paytaxt meri Vitali Kliçko brifinqdə bildirib ki, Ukrayna ordusu Kiyev şəhəri ətrafında müdafiəni təşkil edir, vəziyyət çətin və gərgindir.

“Şəhər müdafiə mərhələsinə qədəm qoyub. İndi paytaxtın bəzi ərazilərində atışma və partlayış səsləri eşidilir - bu, rusların təxribat qruplarını zərərsizləşdirən Ukrayna hərbçiləridir. Təəssüf ki, onlar artıq Kiyevə soxulublar... Ukrayna ordusu Kiyev ətrafında müdafiə təşkil edib. Vəziyyət çətindir, lakin biz öz silahlı qüvvələrimizə inanırıq, onları dəstəkləyirik”, - deyə Kliçko vurğulayıb.

Mənbə: UNIAN
25-02-2022, 20:18
Вернуться назад