
Ukraynada Çerkası və Odessa Regional Dövlət Administrasiyalarının rəhbərləri vəzifələrindən uzaqlaşdırılıb.
Bununla bağlı dövlət başçısı Volodimir Zelenski fərman imzalayıb.
Qərara əsasən, Serqey Qrinevetskini polkovnik Maksim Marçenko əvəzləyib. O, 2015-2017-ci illərdə millətçi “Aydar” batalyonunun komandanı olub.
Çerkası vilayət administrasiyasının rəhbəri Aleksandr Skiçkonun yerinə isə peşəkar hərbçi, general-mayor İqor Taburets təyin edilib.
Mənbə: UNİAN