DataLife Engine / Ukraynada azərbaycanlılar mühasirəyə düşdülər

Ukraynada azərbaycanlılar mühasirəyə düşdülər

Ukraynada azərbaycanlılar mühasirəyə düşdülər
Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

“Report”un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb.

O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün humanitar dəhlizi gözləyirlər.

“Mariupolda demək olar ki, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - deyə A.Həmidova bildirib.
10-03-2022, 15:13
Вернуться назад