DataLife Engine / Gəncədə ikimərtəbəli evdə anidən yanğın başlayıb - FOTO

Gəncədə ikimərtəbəli evdə anidən yanğın başlayıb - FOTO

Gəncədə ikimərtəbəli evdə anidən yanğın başlayıb - FOTO
Gəncədə yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Sözügedən ünvanda ikimərtəbəli evin 2-ci mərtəbəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

11-03-2022, 08:26
Вернуться назад