DataLife Engine / Gənc qız üçüncü mərtəbədən yıxıldı: Hadisənin təfərrüatı araşdırılır

Gənc qız üçüncü mərtəbədən yıxıldı: Hadisənin təfərrüatı araşdırılır

Gənc qız üçüncü mərtəbədən yıxıldı: Hadisənin təfərrüatı araşdırılır
Abşeron rayonunda gənc qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

2006-cı il təvəllüdlü Hüseynli Xədicə Samir qızı ehtiyatsızlıqdan 3-cü mərtəbədən yerə yıxılaraq xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
11-03-2022, 08:27
Вернуться назад