DataLife Engine / Gədəbəydə otlaq sahəsi üstündə dava düşüb

Gədəbəydə otlaq sahəsi üstündə dava düşüb

Gədəbəydə otlaq sahəsi üstündə dava düşüb


Gədəbəy rayonunda otlaq sahəsi üstündə dava olub.

Oxu.Az-ın məlumatına görə, rayonun Düz Rəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Zahir Bayramov döş qəfəsinin deşilmiş, 1982-ci il təvəlllüdlü Ədil Rzayev yuxarı və aşağı ətraflarının açıq yarası ilə xəstəxanaya çatdırılıb.

Onlara atı hörüyə bağlamaq üçün istifadə edilən dəmir parçası ilə xəsarət yetirib. Hadisəni 1971-ci il təvəllüdlü Qurban Əhmədovun törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət
2-04-2022, 19:40
Вернуться назад