
Ukrayna Prezidenti Volodimir Zelenski Belqorodda silah-sursat və neft anbarlarında baş verən partlayışları şərh edib.
Zelenski “Fox News”un jurnalistinin Rusiya sərhədində baş verən partlayışların Ukrayna qüvvələri tərəfindən törədilib-törədilməməsi ilə bağlı sualına belə cavab verib:
“Bağışlayın, mən ali baş komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm”.
“Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Ukraynada müharibə gedən zaman haradasa partlayış olduğunu yazırlar - düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır. Onlar (ruslar - red.) ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, bunu şərh vermək mənim üçün çətindir”, - deyə Zelenski əlavə edib.
Mənbə: UNİAN