DataLife Engine / Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib - FOTO

Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib - FOTO

Balakəndə qaydalara riayət etməyən piyadalar cərimələnib - FOTO


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyənləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

5-04-2022, 21:25
Вернуться назад