DataLife Engine / Bəzi rayonlarda qaz OLMAYACAQ

Bəzi rayonlarda qaz OLMAYACAQ

Bəzi rayonlarda qaz OLMAYACAQ
Zərdab və Ucar rayonlarinin qaz təchizatinda fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar 27 aprel saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq.
26-04-2022, 18:54
Вернуться назад