DataLife Engine / Parisdə “Şuşam mənim” səsləndiriləcək: Azərbaycanın Müstəqillik Günü Fransada da qeyd olunur - FOTO

Parisdə “Şuşam mənim” səsləndiriləcək: Azərbaycanın Müstəqillik Günü Fransada da qeyd olunur - FOTO

Mayın 24-də Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli ictimai-siyasi xadimlərin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələrinin iştirak etməsi gözlənilir.

Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva və tanınmış pianoçu-bəstəkar Könül Hüseynova çıxış edəcəklər. Konsert proqramına Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxildir.

Tədbirdə Könül Hüseynovanın “Şuşa ili” çərçivəsində bəstələdiyi “Şuşam mənim” əsəri də səslənəcək.Parisdə “Şuşam mənim” səsləndiriləcək: Azərbaycanın Müstəqillik Günü Fransada da qeyd olunur - FOTO

Mayın 24-də Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli ictimai-siyasi xadimlərin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələrinin iştirak etməsi gözlənilir.

Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva və tanınmış pianoçu-bəstəkar Könül Hüseynova çıxış edəcəklər. Konsert proqramına Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxildir.

Tədbirdə Könül Hüseynovanın “Şuşa ili” çərçivəsində bəstələdiyi “Şuşam mənim” əsəri də səslənəcək.
24-05-2022, 17:19
Вернуться назад