DataLife Engine / Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə

Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə

Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qəhrəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Dilbər Qəhrəmanova (Rusiya vətəndaşı) – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.
4-07-2022, 19:17
Вернуться назад