DataLife Engine / Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
Salyan rayonunda yük maşınları toqquşub, xəsarət alanlar var.

"Report”un məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər "KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri - 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
11-07-2022, 15:44
Вернуться назад