
Gəncə şəhərində intihara cəhdin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində bir nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.