DataLife Engine / Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb
Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb.

"Report” xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İbrahimli Mirəli Aqil oğluna tanımadığı şəxs tərəfindən döş qəfəsinə bıçaqla xəsarət yetirilib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 1980-ci il təvəllüdlü Qasıməliyev Rəhman Rasul oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.
16-11-2022, 10:15
Вернуться назад