DataLife Engine / İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.


Minik avtomobili yolu keçmək istəyən İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Yaqubov Sarvan Sarab oğlunu vurub.


Piyada aldığı xəsarətlərdən İmişli Rayon Xəstəxanasına aparılıb və orada ölüb.


Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
7-12-2022, 14:24
Вернуться назад