DataLife Engine / Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə üç vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə üç vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə üç vəsiqə verəcək




Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku 2023-cü il İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

Beynəlxalq Şahmat Federasiyasından (FIDE) verilən məlumatına görə, Azərbaycan paytaxtındakı yarışda ilk 3 pilləni tutan qrossmeysterlər şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, “Grand Swiss” turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmeyster olacaq.

Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.
16-12-2022, 09:02
Вернуться назад