












Bu gün haqqında danışacağımız şəxs
Pirallahı rayon MKTB-nin rəisi Röyal Sarıməmmədovdur. Röyal müəllim işində olduqca məsuliyyətli insandır. Ona tapşırılan bütün işləri layiqincə və vicdanla icra edir. Hər bir işi əlindən gəldiyi qədər həll edir. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olar insan.
İş kollektivinin, işçilərinin yaxın dostudur. Onların bütün problemlərini öz problemi kimi həll edir, can yandırır. İş kollektivini, işçilərini ailəsi kimi bilir.
Röyal müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.
Vəzifəyə yiyələndiyi gündən o, bu işin müqəddəsliyini qoruyub saxlayır, vəzifəsini şərəflə, layiqincə yerini yetirir. Əl tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.
Onun göstərişinə uyğun olaraq, Yaşıllıq ərazilərdə ot örtüyü biçilir, hündür ağaclardan polietilen torbalar yığılıb, ictimai obyektlərin önündə səliqə-səhman yaradılır.
Ulu Öndər Heydər Əliyev siyasi kursuna daim sadiqdir. Heç bir qarşılıq gözləmədən, tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə hər zaman sadiq bir insandır.
Xalqımıza şərəfli xidməti üçün Röyal müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.