DataLife Engine / Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident

Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident

Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident



Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski deyib ki, üçüncü dünya müharibəsi riski realdır.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan dünya dramatik dəyişikliklərə məruz qalıb. O bildirib ki, istənilən kiçik münaqişə qlobal xarakter ala bilər.

“Üçüncü dünya müharibəsinin başlanmasından danışmağımızın özü dəhşətlidir. Lakin bizim üçün bu, realdır”, - Kvasnevski "Polsat"a müsahibəsində deyib .

Daha əvvəl fransız siyasətçisi, "Patriotlar" hərəkatının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfərini “üçüncü dünya müharibəsi üçün ittifaq” adlandırmışdı
30-12-2022, 11:28
Вернуться назад