Xalq Artisti II Fəxri Xiyabandda dəfn ediləcək
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi keçirilir.
RİTOR.AZ -a istinadən xəbər veririk ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.
Azərpaşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib. 1947-ci ildə Bakı şəhərində anadan olan Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.
O, 2016-cı ilin yanvarın 6-dan ölümünə qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.