Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Xəbər veririk ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, Pasxa bayramı münasibəti ilə 130 ukraynalı əsir azad edilib.
Andrey Yermak əlavə edib ki, ukraynalı hərbçilər Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşmüşdü.
Mübadilə zamanı azad edilən rusiyalı əsirlərin sayı barədə məlumat verilməyib.