DataLife Engine / NATO baş katibi Azərbaycanda səfərdədir - YENİLƏNİB

NATO baş katibi Azərbaycanda səfərdədir - YENİLƏNİB

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.



***18:49

NATO baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Bu barədə NATO-nun “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, NATO baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

17-03-2024, 21:00
Вернуться назад