DataLife Engine / “Neftçi” yaponiyalı futbolçu transfer edib

“Neftçi” yaponiyalı futbolçu transfer edib

“Neftçi” yaponiyalı futbolçu transfer edib
“Neftçi” yaponiyalı futbolçu transfer edib
Bakı, 14 yanvar, Uğuryolu.az

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq "ağ-qaralar"ın ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
14-01-2025, 21:15
Вернуться назад