
Bakı, 18 yanvar, Uğuryolu.az
Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub.
Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, turun son oyununda "Xilasedici" "Gənclər"i (Sumqayıt) qəbul edib. Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan matç ev sahiblərinin
3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun daha əvvəl keçirilən oyunlarında “Murov Az Terminal” MOİK-i, “Azərreyl” isə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 18 xalla "Murov Az Terminal" başçılıq edir. "Xilasedici" 15 xalla 2-ci, "Azərreyl" isə 13 xalla 3-cü pillədə qərarlaşıb.