
Dövrümüzdə Şobiznes aləmində baş verənlər insanların həyat gündəminə çevrilmişdir. Onlardan biri sosial şəbəkənin və televiziya kanallarının açıq mövzusu olan Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyatı ilə bağlı qalmaqal insanların diqqətini çəkmişdir.
Qeyd etmək istərdik ki, redaksiya olaraq bu məsələ bizim də diqqətimizdən yaynmamışdir. Məsələ ilə bağlı açıqlama və müxtəlif fikirləri izlədikdən sonra biz də öz fikirlərimizi bildirmək istərdik. Rəqsanə xanım öz çıxışlarında evladının ailəsinin dağılmasına münasibət bildirərək bildirmişdir ki,evladının ailəsinin dağılmasına razı deyil və bununla bağlı Aysuna öz fikirlərini bildirmişdir.
Müxtəlif zamanlarda Rəqsanə İsmayılova , qızı Aysun haqqında paylaşımlarını izləmişik,daim bir ananın evladının üzərində nəqədər əməyinin olduğunu ,evladını nə qədər çətinliklərlə böyütməsi barədə çıxı.larını izləmişik.
Aysunun ailə qurması hər bir kəsin gözləri önündə olmuşdur və biz hər birimiz şoo proqramlardan və ya sosial şəbəkədən bunları izləmişik.Rəksanə xanımın bu toy mərasiminə bir ana olaraq nə qədər sevindiyinin şahidi olduq.
Ailə münasibətləri dediyimiz hər bir kəsin həyatında, hər hansı formada baş verə biləcək hallardır. Hesab edirik ki,Aysunun həyatında baş verən ailə münasibətləri bu qədər qabardırmamalı və insanlara qeyri dəqiq informasiya və məlumatlar formasında çatdırılmamalıdı.Münasibət bildirən hər bir kəs düşünməlidir ki,bir Azərbaycanlı anasının evladının ailə münasibətindən danışır. Eyni zamanda bildirək ki, bir ananın evladının ailəsinin dağılması hər halda onun üçün xoş deyildir, O,evlad ki, ansı
onu əziyyətlərlə böyütmüşdür.
Ona görə də Rəqsanə İsmayılovanın fikirlərinə hörmətlə yanaşılmalıdır. Bir ananın evladı üzərində əsməsi təqdirəlayiq bir haldır.