DataLife Engine / Azərbaycanın stolüstü tennisçiləri Qətərdə bürünc medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Qətərdə bürünc medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Qətərdə bürünc medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Qətərdə bürünc medal qazanıblar
Bakı, 1 fevral, Uğuryolu.az

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına start verilib.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, söhbət “WTT Youth Star Contender Doha 2025” turnirindən gedir.

Daha yüksək reytinqli idmançıların qatıldığı yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb. U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüblər.

Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.
1-02-2025, 22:34
Вернуться назад