DataLife Engine / Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Naxçıvanda məktəblilər arasında II kimya-biologiya olimpiadasının final turu keçirilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə VIII–IX sinif şagirdləri arasında dünyaşöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya və biologiya fənləri üzrə II kimya-biologiya Olimpiadasının final turu keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon turunda qalib olan 187 şagirdin 182-si (97 faiz) iştirak edib. Olimpiadada şagirdlərə 25 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.

Olimpiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək. Olimpiadanın final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Qeyd edək ki, olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafını təmin etmək və beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
8-02-2025, 15:26
Вернуться назад